Şeyxzamanlının nəvəsi ABŞ-də vəfat etdi
7 Mart 2024 11:10 HadisəAzərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, ABŞ-nin Texas ştatında hüquqşünas kimi çalışan Keykurun xərçəng xəstəliyindən vəfat edib.
Qeyd edək ki, ötən il Belma Keykurun anası da ABŞ-də vəfat etmişdi. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31