Azərbaycanda ağır qəza - yaralananlar var

Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, "Daewoo" və "Vaz 2107" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralananlar Şabran rayon sakinləri 55 yaşlı Əfqan Allahverdiyev və 44 yaşlı İ.Allahverdiyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31