Şəkidə kişini inək vurub öldürdü

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Olaylar.az xəbər verir ki, martın 2-də 1954-cü il təvəllüdlü rayon sakini Fikrət İsmayılovu inək vurub.

Ağır xəsarət alan 70 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, F.İsmayılov ötən gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31