Azərbaycanda dəhşətli qəza - motosiklet sərxoş şəxsin üzərindən keçdi
5 Mart 2024 10:08 HadisəSaatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.
Olaylar.az bildirir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.
Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31