Ramiz Mehdiyev İsrailə aparılıb? - Özü açıqladı
4 Mart 2024 10:27 HadisəBu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb
Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:
"Mənim səhhətimdə heç bir problem yoxdur. "Check-up" müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.
Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31