Ağır qəzada ölən fotoqrafın FOTOsu

Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib.

Olaylar.az  xəbər verir ki, rayonun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər. Daha bir sərnişin isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən "Kia Sportage" markalı avtomobil "Rent a car"a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31