Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - FOTO
4 Mart 2024 10:13 HadisəGöyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Musavat.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
.jpg)
.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31