Xankəndidə cəbhəxana aşkarlandı
2 Mart 2024 14:50 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, iki ədəd pulemyot, bir tapança, iki tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1 655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31