6 gün əvvəl sirkə turşusu içən qadın öldü

Şəkidə 6 gün öncə sirkə turşusu içən qadın xəstəxanada ölüb.

Olaylar.az-ın məlumatına görə, şəhər sakini 1986-cı il təvəllüdlü Sevinc Rəhimova müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

Xatırladaq ki, 38 yaşlı qadın bu il fevralın 25-də sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31