3 min manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı

Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt ərazisində yerləşən rabitə quyularının birindən 3 min 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31