Qusarda əməliyyat keçirildi - Həbs edilən var
2 Mart 2024 12:10 HadisəQusar sakini narkotiklə tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin dövriyyəsini təşkil edən rayon sakini Ruslan Əzizov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ruslan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31