“Baku Bus” yolu keçən piyadanı vurub öldürdü
2 Mart 2024 12:00 HadisəBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Rəhimov Nadir Əhmədağa oğlu idarə etdiyi "Baku Bus" MMC-yə məxsus "BMC" markalı 99-JU-723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada - 1998-ci il təvəllüdlü İbrahimov Oruc İbrahim oğlunu vurub.
Nəticədə O.İbrahimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31