Şəkidə qadını maşın vurub öldürdü

Şəkidə piyadanı maşın vurub öldürüb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi "Lada Priora" markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31