Bakıda evdən cibində 12 min manat pul olan gödəkcə oğurlandı

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31