Azərbaycanda şagird dünyasını dəyişdi - FOTO

Bərdədə şagird dünyasını dəyişib.

Olaylar.az bildirir ki, Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hacılı Züleyxa Tanrıverdi qızı qəfil ölüb.

Bu barədə məktəb sosial şəbəkə səhifəsində məlumat yayıb.

Bildirilir ki, ölümə səbəb Z. Hacılının beyninə qəfil qan sızması olub. Mərhum şagird uşaq ikən anasını, bir neçə il əvvəl isə atasını itirib. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31