“Nikosayağı”nın 6 il həbsi tələb edildi - VİDEO - YENİLƏNİB

"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Olaylar.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

--------

"Nikosayağı" məhkəmədə danışdı:

"Etirazım yoxdur"

--------

Bir müddət əvvəl ağır qəza tördərək dostunun ölümünə səbəb olan blogerin məhkəməsi keçirilir.

Olaylar.az report-a istinadən "Nikosayağı"nın fotolarını təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31