Xankəndidə silah-sursat aşkarlandı
28 Fevral 2024 11:43 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31