Azərbaycanda evdə partlayış, ana və qızı yaralandı

Quba rayonunun Talabıqışlaq kəndində fərdi yaşayış evində partlayış baş verib.

Partlayış nəticəsində həmin evdə yaşayan Humay Əliyeva və qızı Şükran Atayeva müxtəlif dərəcəli xəsarətlərlər alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Hazırda fakt araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31