Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
27 Fevral 2024 21:10 HadisəBakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31