Avtobus sürən yeniyetmənin atası ilə bağlı tədbir görülüb
27 Fevral 2024 11:45 HadisəSosial şəbəkələrdə və bir sıra KİV-də "İSUZU" markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.
Olaylar.az xəbər verir ki, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31