Bakı sərnişin stansiyasında “Stadler” qatarında qısaqapanma baş verib - ADY
26 Fevral 2024 15:16 Hadisə26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyasında "Stadler" qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.
Olaylar.az bu barədə "Azərbaycan Dəmir Yolları "QSC -yə istinadən xəbər verir.
Məlumata görə, nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31