Xocalı soyqırımında xilas etdiyi 2 yaşlı qızla 32 il sonra görüşdü - VİDEO
26 Fevral 2024 12:57 HadisəO, 32 il öncə Xocalıda donmuş ananın qucağından 2 yaşlı bir körpəni götürür və dəfn etmələri üçün məscidə təhvil verir.
Vəfat etmiş anasının qucağına qısılmış həmin körpə günlər sonra məsciddə yuyulan zaman ayılır.
"Mənə dedilər ki, gətirdiyin uşaqlardan biri ayılıb".
32 ildir ki, xilas etdiyi həmin körpəni axtaran Əsəd Fərəcov. "Mən o uşağı xilas etdim, amma sonrakı taleyi barədə heç nə bilmirdim".
Əsəd bəylə xilas etdiyi həmin körpə qızı 32 il sonra "Belə Belə İşlər" layihəsi görüşdürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31