9 yaşlı uşaq silahla oynayarkən əmisini öldürdü - Dəhşətli hadisə

Türkiyədə 9 yaşlı uşaq əmisini güllələyib.

Olaylar.az xəbər verir ki, hadisə Konyada, Sultan Məsut rayonu, Beykoz küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib. 

Ş.U. atası Kurtuluş U.-nun təmizləyib stolun üzərinə qoyduğu silahla oynamağa başlayıb.

Bu vaxt Ş.U.-nun təsadüfən toxunduğu tapançadan atəş açılıb və güllə otaqda dayısı İzzet U.-nun sinəsinə dəyib. 

Hadisə yerinə polis və tibb qrupu ünvana göndərilib. İzzət U. sağlamlıq qrupunun bütün müdaxiləsinə baxmayaraq qurtarıla bilməyib.

9 yaşlı uşaq və atası ifadə üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir. (Bakupost.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31