İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri ƏLƏ KEÇDİ

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.

DIN-dən Olaylar.az-a verilən xəbərə görə, həmin şəxsdən külli miqdarda (2 kq. 355 qr.) narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu "Həsən" adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31