Azərbaycanda məktəbdə dəhşət - meyit tapıldı
23 Fevral 2024 12:26 HadisəSiyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.
Olaylar.az xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.
Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31