Bakıda avtomobil qaçırıldı
23 Fevral 2024 10:37 HadisəBakıda avtomobil qaçırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən "Chevrolet" markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.
Fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən "Tufan" markalı motosikleti qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tariel Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən motosikletlə saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31