Xankəndidə silah-sursat aşkarlandı
23 Fevral 2024 10:11 HadisəFevralın 22-də Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 43 patron darağı, 2297 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31