Bakıda maşından içində 6400 dollar olan çanta oğurlandı
22 Fevral 2024 12:52 HadisəBakıda yük maşınından külli miqdarda pul oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31