Şəkidə 6 nəfər dəm qazından zəhərləndi

Bu gün saat 01:41 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə dəm qazı ilə zəhərlənmə şübhəsi ilə 6 nəfər (kişi cinsli) gətirilib.

Bu barədə Olaylar.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara zəruri tibbi yardım göstərilib.

"Vəziyyətləri qənaətbəxş olduğu üçün hər biri evə buraxılıblar", - deyə əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31