Xankəndidə silah-sursat aşkarlandı
22 Fevral 2024 10:18 HadisəXankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31