Bakıda məktəb ərazisində yanğın olub

Bakıda məktəbin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Yanğın nəticəsində məişət tullantıları yanıb.

FHN-in yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31