Xankəndidə silah-sursat aşkarlanıb
21 Fevral 2024 10:38 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31