XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Olaylar.az-a bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

"Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək",- deyə o bildirib.

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə "Instagram" hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31