Bakıda məsciddə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a bildirilib ki, məscidin qalan hissəsi yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31