“Formalaşmayan beyinlər Tik-tok sayəsində yuyulur” – Məktəbli qızların biabırçı hərəkətinə ekspertdən REAKSİYA
20 Fevral 2024 11:35 Hadisə"Dünəndən hamı döyülən şagirdlə bağlı məlum videodan danışır. Təəssüf ki, günahlandırılan tərəf kimi yenə də məktəb göstərilir".
Olaylar.az-ın məlumatına görə, bu barədə təhsil eksperti Elmin Nuri "Facebook" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hadisə məktəbdən kənarda baş verib və məlumata əsasən, ordakı şiddət göstərənlərdən biri heç həmin məktəbin (156 nömrəli məktəb) şagirdi də deyilmiş.

"Sadəcə, bu Tik-tok sevdalıları, ailə dəyərlərindən faydalanmayan "xanım"ların məktəbyaşlı olmaları məsələni daha da mürəkkəbləşdirir. Burada iki detal xüsusi vurğulanmalıdır:
1)Ailə dəyərlərinin bir çox yerlərdə pozulması, ailədaxili nəzarətsizlik və yanlış tərbiyə metodu;
2)Sosial şəbəkələrin, xüsusən də Tik-tokun ciddi neqativ təsirləri... Formalaşmayan beyinlər bugün Tik-tok sayəsində elə sürətlə yuyulur ki.... Bax, faciə budur. Məktəbi günahlandırmaqdan çəkinib, diqqəti bir az da buna yönəldək". (Viral.az)