İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir

Ötən ilkin dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31