Azərbaycanlı iş adamı Rusiyada öldü
19 Fevral 2024 13:50 HadisəRusiyada yaşayan azərbaycanlı iş adamı, 1957-ci il təvəllüdlü Rahim Rüstəm oğlu Cəfərov dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə Axar.az-a mərhumun yaxın qohumu məlumat verib.
Bildirilib ki, onun hansı səbəbdən öldüyü məlum deyil:
"Mərhumun nəşi ölkəmizə gətirilməyib, Rusiyada dəfn olunub".
Qeyd edək ki, R.Cəfərov Cəlilabaddandır.
O, uzun illər Rusiyada yaşayıb. Mərhum bir neçə restoranın və ticarət mərkəzinin sahibi idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31