Azərbaycanda evdə partlayış oldu - xəsarət alan var

Xaçmaz rayonunun Hülövlü kəndində fərdi yaşayış evində partlayış olub.

Olaylar.az bildirir ki, sobadan qaz sızması nəticəsində həmin evdə yaşayan Faiq Məmmədov yüngül yanıq xəsarətləri alıb. Ona Xaçmaz Mərkəzi rayon Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31