Lənkəranda 6 yaşlı qız vəfat etdi

05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.

Qeyd edilib ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31