60 yaşlı qadını maşın vurub öldürdü
19 Fevral 2024 11:56 HadisəAstara rayonunda piyadanı maşən vurub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31