Bakıda əlil avtomobili qaçırıldı

Bakıda avtomobil qaçırılıb.

Olaylar.az bildirir ki, fevralın 15-nə keçən gecə Nizami rayonu ərazisindən "Oka" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hüseyncan Məlikli və Fərid Qədirov rayon ərazisində avtomobillə saxlanılıblar.

Araşdırma aparılır. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31