Bakıda 61 yaşlı kişi "Sevgililər" parkında qışqırdı, həbs edildi
16 Fevral 2024 15:14 HadisəXətai rayonu, Y.Səfərov küçəsində yerləşən "Sevgililər" parkında ucadan qışqıran şəxs həbs edilib.
Olaylae.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1963-cü ildə Gəncə şəhərində anadan olmuş Afdandil Səfərov (ad-soyad şərti) əsəbi olduğu üçün "Sevgililər" parkında ucadan qışqıraraq, söyüş söyüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən 61 yaşlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31