Xankəndidə xeyli sayda silah və sursatlar aşkarlandı
16 Fevral 2024 10:55 HadisəFevralın 15-də Xankəndi şəhəri ərazisində 12 silah və sursatlar aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ötən gün Xankəndidə 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31