Xaçmazda ağır qəza - Yaralılar var
15 Fevral 2024 16:42 HadisəXaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində "TIR" və "Mercedes" markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində 3 nəfər yaralanıb.
Yaralılar avtomobillərdən FHN xilasedicilərinin köməyi ilə çıxarılıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31