Azərbaycanda avtomobil kanala aşdı, yaralı var
15 Fevral 2024 12:48 HadisəOğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.
Olaylar.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31