DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qafqazinfoya bildirib ki, fevralın 13-ü gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan 4 yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub:
"Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib. Araşdırma aparılır".
Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında yazıb.
O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib.
Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.
Məqaləyə dair fotomateriallar:
