Ev sahibləri ustanın meyitini tapdı
14 Fevral 2024 10:00 HadisəAbşeron rayonunun Pirəkəşkül qəsəbəsində müəmmalı hadisə baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəsəbə ərazisində yerləşən mənzildən orada usta kimi çalışan 1977-ci il təvəllüdlü Ramil Möhübbət oğlu Həsənovun meyiti tapılıb.
Belə ki, ev sahibləri mənzilə gəldikdə ustanın öldüyünü görüblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31