Evlərdən kombi aparatları oğurlayan şəxslər saxlanıldı
13 Fevral 2024 10:50 HadisəBakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-dən Olaylar.az-a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31