Azərbaycanın ən yaşlı cinayətkarı HƏBSDƏ ÖLDÜ
12 Fevral 2024 14:34 HadisəAzərbaycanda daha bir məhkum ölüb.
Olaylar.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən 85 yaşlı Yaqub Abas oğlu Əyyubov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Y.Əyyubov 2020-ci ildə həbs edilib.
Sabirabadın Qəzli kəndi sakini olan Y.Əyyubov arvadı, Əyyubova Mətanət Əlihüseyn qızını öldürübmüş. (Lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31