Habil Vəliyev bu vəzifədən kənarlaşdırıldı
12 Fevral 2024 10:24 HadisəBir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 5 saylı Seçki Məntəqəsinin sədri vəzifəsindən çıxarılıb.
Olaylar.az-ın xəbərinə görə, həmin vəzifəyə Halay Həsənov sədr seçilib.
H.Vəliyev isə məntəqədə üzv kimi qalmaqdadır.
Qeyd: Baş redaktor bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Pravda.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31